Gündəm / Cəmiyyət
05 fevral 2025
0
Kreml AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı hesabatı şərh etməyib
Kreml AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı araşdırılmaların ilkin nəticələrini şərh etməkdən imtina edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin araşdırmanın ilk nəticələrini şərh etmək xahişinə cavab olaraq araşdırmanın başa çatmasını gözləməyə çağırıb.
"Bu, ilkin hesabatdır. Əlbəttə, müvafiq qurumlarımız onu böyük, lazımi diqqətlə öyrənəcəklər. Prezident Administrasiyasından şərh verməyi mümkün hesab etmirik", - Peskov qeyd edib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Daha çox xəbər:
İlkin araşdırma nəticələri gələn həftə açıqlanacaq
Gündəm / CəmiyyətQazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Gündəm / SiyasətTəyyarə xarici müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL
Gündəm / CəmiyyətAZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB
Gündəm / HadisəMetyu Miller: ABŞ aviaqəza ilə əlaqədar Qazaxıstan və Azərbaycana kömək etməyə hazırdır
Gündəm / Cəmiyyət