Gündəm / Cəmiyyət
26 dekabr 2024
0
Metyu Miller: ABŞ aviaqəza ilə əlaqədar Qazaxıstan və Azərbaycana kömək etməyə hazırdır
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
O, bu barədə "X"də yazıb.
“Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini kədərlə qarşıladıq. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir, yaralananlara tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycana kömək etməyə hazırıq", - məlumatda qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Daha çox xəbər:
AZAL-ın prezidenti: Ekipajın peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb, cənazələr iki gün ərzində ölkəyə gətiriləcək
Gündəm / CəmiyyətDekabrın 26-da Azərbaycanda matəm elan edilib
Gündəm / Cəmiyyətİran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib
Gündəm / CəmiyyətAZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB
Gündəm / HadisəPrezident başsağlığı verdi
Gündəm / Siyasət