Gündəm / Cəmiyyət
06 fevral 2025
0
Bakıda qazma üzrə beynəlxalq sərgi və konfrans keçirilir
![Bakıda qazma üzrə beynəlxalq sərgi və konfrans keçirilir](https://azadmedia.az/uploads/posts/2025-02/1738819773_c6d257ea-e97a-3f04-a1b6-83fdb2b8f1a4_850-1.jpg)
Bu gün Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) təşkil etdiyi “IADC Drilling Caspian 2025” qazma sərgisi və konfransı işə başlayıb.
Tədbirdə sənaye liderləri və qazma mütəxəssisləri problemlərin müzakirəsi və qabaqcıl təcrübə və praktikanın mübadiləsi üçün iştirak edirlər.
Fevralın 8-nə qədər davam edəcək “IADC Drilling Caspian 2025” sərgi-konfransında qazmanın avtomatlaşdırılması da daxil olmaqla, qabaqcıl texnoloji nailiyyətlər, müvafiq texniki inkişafın tematik tədqiqatları və neft-qazın Xəzər regionuna təsiri təqdim olunacaq.
Tədbirdə həmçinin təhlükəsizlik və təlim yanaşmalarının inkişafı işıqlandırılacaq, sağlamlıq, əmək və ətraf mühitin mühafizəsi göstəricilərinin yaxşılaşdırılması üçün istifadə edilə bilən yeni alətlər və proseslər haqqında praktiki məlumat veriləcək.
IADC 1940-cı ildə yaradılıb və dünya neft hasilatı/neft-qaz sənayesində və qazma işlərinin aparılması tələb olunan digər sahələrdə fəaliyyət göstərən şirkətlərin maraqlarını təmsil edən yeganə qurumdur.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![İlham Əliyev açılış mərasimində çıxış edir](https://azadmedia.az/uploads/posts/2023-05/1685517788_1677520834_ilham-aliyev-2.jpg)
İlham Əliyev açılış mərasimində çıxış edir
Gündəm / Siyasət![Prezident sərgilərin açılışında iştirak edir](https://www.xeberler.org/uploads/posts/2024-06/medium/1717482606_ilham.jpg)
Prezident sərgilərin açılışında iştirak edir
Gündəm / Siyasət![Prezident İlham Əliyev 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub](http://azadmedia.az/uploads/posts/2022-09/1662453895_619600e6b3fb9619600e6b3fbb1637220582468eeb4cb4eb82237970c61020f87ece-1-1.jpg)
Prezident İlham Əliyev 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub
Gündəm / Siyasət![Sürücülərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində yollar daralıb](http://azadmedia.az/uploads/posts/2022-05/1652768103_1652766608_410672918_0_170_1999_1050_600x0_80_0_0_8fe8657b779ff37fe4f0b80acecaa259-1.jpg)
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində yollar daralıb
Cəmiyyət![İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında iştirak edir - YENİLƏNİB](http://azadmedia.az/uploads/posts/2022-06/1654066923_1654065133_1.jpg)
İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında iştirak edir - YENİLƏNİB
Gündəm / Siyasət