Gündəm / Siyasət
07 fevral 2025
0
Qarabağ Universitetinin Klinikası yaradılıb
Qarabağ Universitetinin tabeliyində Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs yaradılıb.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.
Klinikanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Prezidentinə, Klinikanın yenidən təşkili və ləğv edilməsi isə Elm və Təhsil Nazirliyinə həvalə edilib.
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etmək, Elm və Təhsil Nazirliyinə isə Klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etmək tapşırılıb.
Qarabağ Universitetinə Klinikanın saxlanılma xərclərinin maliyyələşdirilməsi üçün 5 milyon manat ayrılıb.
Klinika mərhələlərlə tam özünümaliyyələşdirmə səviyyəsinə çatanadək növbəti illərin dövlət büdcəsinin layihələrində Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsinə ayrılacaq vəsaitlərdə Klinikanın saxlanılması xərcləri üçün zəruri maliyyə vəsaitinin nəzərdə tutulaması təmin ediləcək.
Daha çox xəbər:
Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün 10 milyon manat ayrılıb
Gündəm / CəmiyyətYeni publik hüquqi şəxs yaradıldı - FƏRMAN
Siyasətİlham Əliyev Qarabağ Universitetindən DANIŞDI
Gündəm / SiyasətXankəndidə Qarabağ Universiteti yaradılır - Sərəncam
Gündəm / CəmiyyətTurizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradılıb
Gündəm / Siyasət