Gündəm / Cəmiyyət
07 fevral 2025
0
Senator: Vaşinqtonda qəzaya uğrayan helikopterdə təhlükəsizlik sistemi sönülü olub
![Senator: Vaşinqtonda qəzaya uğrayan helikopterdə təhlükəsizlik sistemi sönülü olub](https://azadmedia.az/uploads/posts/2025-02/1738924464_8d023ff1-f539-313c-a125-32207b9aa924_850.jpg)
Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopteri təhlükəsizlik sistemi söndürülmüş vəziyyətdə uçub.
Bunu Texas ştatından olan senator Ted Kruz bildirib.
Onun sözlərinə görə, qəza zamanı helikopterdə avtomatik asılı müşahidə-yayım sistemi (ADS-B) işləmirdi. Bununla yanaşı, senator pilotların cihazı söndürmək üçün səbəblərinin olmadığına əminliyini ifadə edib.
Materialda həmçinin ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sədri Cennifer Homendinin sözləri də yer alıb. O, jurnalistlərə bildirib ki, helikopterin ümumiyyətlə ADS-B ilə təchiz olunub-olunmadığı hələ dəqiq məlum deyil.
Xatırladaq ki, yanvarın 29-da Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında helikopter və təyyarə toqquşub. Helikopterdə 3 hərbçi, təyyarədə isə 60 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarə və helikopterin qalıqları Potomak çayına düşüb, aviaqəzada heç kim sağ qalmayıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Senator: Vaşinqtonda qəzaya uğrayan helikopterdə təhlükəsizlik sistemi sönülü olub](https://azadmedia.az/uploads/posts/2025-02/1738924464_8d023ff1-f539-313c-a125-32207b9aa924_850.jpg)
Senator: Vaşinqtonda qəzaya uğrayan helikopterdə təhlükəsizlik sistemi sönülü olub
Gündəm / Cəmiyyət![ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB](https://azadmedia.az/uploads/posts/2025-01/1738211755_0171665c-2e38-305d-bc75-1be0f57ddc13_850.jpg)
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB
Gündəm / Dünya![Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə adlandırıb](https://azadmedia.az/uploads/posts/2025-01/1738212944_86d29146-1ef0-3a42-820e-d436d5f94f71_850.webp)
Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə adlandırıb
Gündəm / Dünya![İlham Əliyev: AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb](https://azadmedia.az/uploads/posts/2024-12/1735393897_85bed8c0-1efe-3381-841a-0d096257f6f3_850.jpg)
İlham Əliyev: AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb
Gündəm / Siyasət![AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB](https://azadmedia.az/uploads/posts/2024-12/1735111820_676bb3807a6e5676bb3807a6e61735111552676bb3807a6e3676bb3807a6e4.jpg)
AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB
Gündəm / Hadisə