Gündəm / Dünya
07 fevral 2025
0
USAID əməkdaşlarının 90 faizi ixtisar ediləcək - KİV
ABŞ Prezidenti Donald Trampın administrasiyası USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) əməkdaşlarının 90 faizini ixtisar etməyi planlaşdırır.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Reuters” agentliyi yayıb.
Bildirilib ki, hazırda agentlikdə 10 mindən çox əməkdaş var, lakin onlardan cəmi 294 nəfər öz vəzifəsini davam etdirəcək. Həmçinin Afrika bürosunda 12, Asiya bürosunda isə 8 işçi qalacaq.
Bununla belə, ABŞ Dövlət Departamenti mümkün ixtisarlar barədə məlumatı hələ şərh etməyib.
Qeyd edək ki, USAID 1961-ci ildə digər ölkələrə humanitar yardım göstərmək məqsədilə yaradılıb. Yanvarın 20-də D.Tramp agentliyin təşəbbüslərinin 90 gün müddətinə dondurulduğunu elan edib. Bu müddət ərzində USAID-in proqramında yoxlanış aparılmalıdır. Fevralın 3-də isə ABŞ lideri Dövlət katibi Marko Rubionu USAID direktorunun səlahiyyətlərini icra edən şəxs təyin edib. Tramp administrasiyası agentliyi yardımın maliyyələşdirilməsinə qoyulan qadağanı pozmaqda ittiham edib.
Daha çox xəbər:
KİV: Tramp Ağ Evə qayıtdığı ilk gün 25 fərman imzalayacaq
Gündəm / DünyaTramp 270 seçici səsi həddini keçib - KİV
Gündəm / DünyaPompeo ABŞ-ın Çinin hərbi potensialını artırmasından narahat olduğunu bildirib
Siyasət / DünyaDonald Tramp Emmanuel Makronun vəzifəsini dəyişik saldı
DünyaABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin mövqeyi hiddət doğurmaya bilməz - Qht sədri
Cəmiyyət