Gündəm / Cəmiyyət
10 fevral 2025
0
Emin Əmrullayev: Təhsilalana ayrılan investisiyanın ədalətli bölgüsü önəmlidir
Son on ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, keyfiyyətə gəlincə müəyyən problemli nüanslar var və bunu təkmilləşdirmək lazımdır:
"Bu çağırış tək bizdə yox, qlobal səviyyəli məsələdir. Təhsillə əlaqəli daha bir məqam adambaşı maliyyələşmə mexanizmidir. Təhsilalana ayrılan investisiyanın ədalətli bölgüsü önəmlidir. Misal olaraq, kompüter mühəndisliyi üzrə kadr hazırlığına ən yaxşı halda adambaşına illik olaraq 2 min dollar xərc çəkilir. Çünki bütün dünyada ən yaxşı gəlirli peşədir. Hesab edirəm ki, digər ixtisaslara baxanda burada qeyri disbalans var. Təbii ki, sosial aspektlər də bu məsələdə rol oynayır. Bütün hallarda bərabərlik və ədalətlilik bu işdə əsasdır".
Daha çox xəbər:
Emin Əmrullayev: “Bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədris tətbiq edilir”
Gündəm / Cəmiyyət"Bu rayon təhsil şöbələrinin ləğvi anlamına gəlmir" - Emin Əmrullayev
Gündəm / ŞouDoktorantlar üçün təhsil xərclərinin miqdarı müəyyənləşib
TəhsilNazir adlı tələbə təqaüdlərinin sayının az olmasından gileyləndi
Gündəm / SiyasətEmin Əmrullayev: Məktəbəqədər təhsilin əhatəliyini artırmaq üçün alternativ modellər üzərində işləyirik
Gündəm / Təhsil