Gündəm / Cəmiyyət
07 fevral 2025
0
AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq
Avropa İttifaqı (Aİ) ABŞ ilə əməkdaşlığa və eyni zamanda öz ticari-iqtisadi maraqlarını qorumağa, Birləşmiş Ştatların Avropa mallarına rüsum tətbiq edəcəyi halda isə bu addıma cavab verməyə hazırdır.
Bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Polşanın Baş naziri Donald Tusk ilə Qdanskda birgə mətbuat konfransında bildirib.
“Aİ və ABŞ arasında ticarət Atlantikanın hər iki tərəfindəki insanlar və biznes üçün faydalıdır. Dünyanın heç bir yerində Avropa İttifaqı və Birləşmiş Ştatlar kimi bir-biri ilə bu qədər sıx bağlı olan iki böyük iqtisadiyyat yoxdur”, - o qeyd edib.
Fon der Lyayenin sözlərinə görə, rüsumlar biznes xərclərini artırır, həm istehsalçılara, həm də istehlakçılara ziyan vurur, lüzumsuz iqtisadi problemlər yaradır.
"Buna görə də məsələ məqsədyönlü ədalətsiz və ya özbaşına tədbirlərlə bağlı olduqda, Avropa İttifaqı qətiyyətlə cavab verəcək", - o vurğulayıb.
Daha çox xəbər:
Leyen yenidən Avrokomissiya sədri olacaq
Gündəm / CəmiyyətPrezidentin Ursula von der Leyen ilə geniş tərkibdə görüşü keçirilir
Gündəm / Siyasət“Politico”: Avropa İttifaqı ABŞ ilə əlaqələri qurmaq üçün lobbi şirkəti cəlb edib
Gündəm / Cəmiyyət2027-ci ilədək TAP və TANAP-la qaz nəqlinin həcmi artırılacaq - Prezident AÇIQLADI
Gündəm / Siyasətİlham Əliyev qəbul keçirdi - YENİLƏNİB
Gündəm / Siyasət