Gündəm / Siyasət
11 fevral 2025
0
Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası şərtlərini açıqlayıb
![Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin bərpası şərtlərini açıqlayıb](https://azadmedia.az/uploads/posts/2025-02/1739281922_2c10cf47-c9d1-342a-9235-5d4caf9ea866_850.jpg)
Rusiya ilə diplomatik əlaqələr Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən qurula bilməz.
Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze İsveçrənin “Die Weltwoche” həftəlik nəşrinə müsahibəsində bildirib.
"Bizim diplomatik əlaqələrimiz yoxdur və Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən olmayacaq. Lakin yenə də biz praqmatik siyasət yürüdürük. Praqmatizm olmadan Gürcüstan əlbəttə ki, sağ qala bilməz", - o bildirib.
İ.Kobaxidzenin sözlərinə görə, bu, ölkə tarixinin əsas dərslərindən biridir. Eyni zamanda, Baş nazir qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı münasibətlərdə konkret istiqamətlər var: "Ölkəmizin ərazi bütövlüyü bərpa edilmədən diplomatik əlaqələr, əlbəttə ki, bərpa olunmayacaq. Bu, təkcə siyasi deyil, həm də hüquqi məsələdir".
O bildirib ki, Gürcüstan və Rusiya arasında hələ də diplomatik əlaqələr, siyasi əlaqələr, təmaslar yoxdur, “ona görə də kommunikasiyanın bu hissəsi, sadəcə son dərəcə məhduddur”.
"Lakin bizim ticari, iqtisadi əlaqələrimiz var, bu gün vəziyyət belədir və biz münasibətlərimizdəki bu mənzərəni qoruyub saxlamaq niyyətindəyik", - Baş nazir əlavə edib.
Rusiya bu gün Gürcüstanın ikinci böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 5,4 % artaraq 5,4 milyard dollar təşkil edib. 2024-cü ildə Gürcüstan məhsullarının ixracında Rusiyanın payı 10,8 % təşkil edib. Rusiyadan idxal olunan malların payı isə ümumi idxalın 11,2 %-ni təşkil edib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Nazir: Gürcüstan hələlik beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil](/uploads/posts/2020-06/medium/1593364270_1593353852469531396_1000x669.jpg)
Nazir: Gürcüstan hələlik beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil
Dünya![Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə GÖRÜŞÜB](http://azadmedia.az/uploads/posts/2022-09/1664374728_1664373934_6334540cb10d16334540cb10d216643737726334540cb10ce6334540cb10d0.jpg)
Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə GÖRÜŞÜB
Gündəm / Cəmiyyət![Gürcüstan regionda sülhün tərəfdarıdır - Nazir](https://azadmedia.az/uploads/posts/2025-01/1737035872_1737035519_1736773372_1.jpg)
Gürcüstan regionda sülhün tərəfdarıdır - Nazir
Gündəm / Siyasət![Yenidən öz postlarına namizəd olacaqlar](https://azadmedia.az/uploads/posts/2024-11/1732184302_shalva.png)
Yenidən öz postlarına namizəd olacaqlar
Gündəm / Dünya![Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq](/uploads/posts/2019-04/1556648481_347458967.jpg)
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
Siyasət