Gündəm / Hadisə
22 yanvar 2025
0
Azər Rəcəbovun müavini yenidən həbs edildi
Şəmkir Regional Mədəniyyət İdarəsinin korrupsiyada ittiham edilən məsləhətçisi və müavini vəzifəsini icra etmiş Seymur Səfərov yenidən həbs edilib.
Gəncə Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.
S.Səfərovun şərti cəzası 3 il 6 ay müddətinə həbslə əvəz edilib. O, azadlığa buraxıldıqdan 21 ay sonra məhkəmə zalında həbs olunub.
Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbov və idarənin mütəxəssisi Ələkbər Əliyevin isə cəzası azaldılıb. A.Rəcəbova yekun olkaraq 10 il, Ə.Əliyevə isə 3 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Xatırladaq ki, onlara daha əvvəl 10 il 6 ay və 3 il 6 ay həbs cəzası kəsilmişdi. S.Səfərov isə şərti cəzaya məhkum edilərək məhkəmə salonundan azadlığa buraxılmışdı.(Qafqazinfo)
Daha çox xəbər:
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı
Gündəm / CəmiyyətMədəniyyət nazirinin sabiq müavininə səkkiz il həbs cəzası verildi
Gündəm / Hadisəİdarə rəisi bu əməllərə görə həbs olunub - Rəsmi
Gündəm / HadisəSabiq icra başçısının cinayət işinə xitam verildi, müavininin cəzası azaldıldı
Gündəm / CəmiyyətƏkrəm İmamoğluna həbs cəzası verildi
Gündəm / Dünya