Gündəm / Cəmiyyət
17 fevral 2025
0

İranın ali rəhbəri Təbrizdə əhali ilə görüşüb

İranın ali rəhbəri Təbrizdə əhali ilə görüşüb

İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei “29 Bəhmən” üsyanının 47-ci illiyi ilə əlaqədar fevralın 17-də Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizdə İmam Xomeyni Hüseyniyyəsində (yəni məsciddə) xalqla görüş keçiriblər.

Məlumatı İSNA agentliyi yayıb.

Xamənei Azərbaycan türklərinin İran həyatında oynadığı roldan, onun əhəmiyyətindən danışıb.

Məlumata görə, görüşdə İran Prezidenti Məsud Pezeşkian da iştirak edib.

Fevralın 16-da Təbrizdə Azərbaycan (Güney) Mədəniyyət Həftəsi keçirilib. Həmin tədbirdə Prezident Məsud Pezeşkian da çıxış edib. O, Azərbaycan türkcəsində Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd söyləyib. Elə həmin andaca ona “İranın dövlət dili fars dilidir” yazılmış bir qeyd göndərilib. Prezdent isə iki cümlə türkcə danışsaq problem olmaz deyə cavab verib.

İranda dəyişiklik edənlərin 46 ildən sonra da milli hüquqlarının tapdanması baxımından da vəziyyət dəyişməyib. Tehran hakimiyyəti bu məsələdə də İran konstitusiyasının 15 və 19-cu maddələrini pozub. Çünki bu maddələrdə yerli dillərin mədəniyyət tədbirlərində sərbəst işlədilməsi və bərabərlik məsələləri vurğulanıb.

Qeyd edək ki, “29 bəhmən” üsyanı 1978-ci ilin yanvarında İranın iri dini mərkəzlərindən birində, Qum şəhərində nümayişin dağıdılması zamanı polisin silah işlətməsi nəticəsində baş verib. Qum hadisələrinin 40-cı günü, 1978-ci il fevralın 18-də din xadimləri Təbriz əhalisini üsyana qaldırıblar. Həmin gün tarixə "29 bəhmən üsyanı" adı ilə tarixə düşüb. Fevralın 19-da Məhəmmədrza şah İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərib və üsyan amansızcasına yatırılıb. Həmin hadisələr nəticəsində iki minədək dinc etirazçı öldürülüb və yaralanıb.

Ancaq bu inqilab Güney Azərbaycan türklərinə milli hüquqlarının təmini üçün heç nə vermədi.