Gündəm / Siyasət / Hadisə / Sosial
22 avqust 2020
26
Deputat qəbul keçirən zaman işıqlar söndü
Milliinfo.az
Biləsuvar rayonundan seçilmiş deputat Bəhruz Məhərrəmov ötən gün axşam saatlarında qəbul keçirib."Report"un Muğan bürosunun məlumatına görə, bu barədə deputat özü bildirib.
Onun sözlərinə görə, qəbul zamanı elektrik enerjisinin verilişi kəsilib.
Beləliklə, qəbulu axşam saatlarına təyin edən B.Məhərrəmov işıqların sönməsinə baxmayaraq görüşü davam etdirib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Biləsuvar şəhəri ərazisində elektrik enerjisinin verilişi 15 dəqiqəyə yaxın kəsilib.
"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, rayonda elektrik enerjisinin kəsilməsinə səbəb "Azərenerji" ASC-nin ərazidən keçən xəttində baş vermiş nasazlıq olub. Nasazlıq nəticəsində rayon mərkəzi və bir neçə kənddə elektrik enerjisinin verilişində 10-15 dəqiqəlik fasilə yaranıb və problem Biləsuvar Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ( RETSI) əməkdaşları tərəfindən qısa zamanda aradan qaldırılıb.

Daha çox xəbər:

Bu ərazilərdə işıq olmayacaq
Gündəm
Ərəb dünyasında ilk Atom Elektrik Stansiyası fəaliyyətə başladı
Dünya
İşığa qoyulan limitlə bağlı açıqlama
İqtisadiyyat
Milli Məclisin Sədri Sahibə Qafarova deputat seçildiyi dairənin seçiciləri ilə videokonfrans formatında qəbul keçirib
Siyasət
Qaz və elektrik enerjisinə tətbiq olunan limit ləğv edilsin — Millət vəkilindən TƏKLİF
İqtisadiyyat