Gündəm / Səhiyyə
22 avqust 2020
55
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
Milliinfo.az
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.“Report” xəbər verir ki, hazırda xəstələrin 179-u reanimasiyadadır. 24 xəstə isə süni tənəffüs cihazına qoşulub.
Ümumilikdə, 1 748 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd edək ki, son sutkada daha 184 nəfər COVID-19-a yoluxub, 160 nəfər sağalıb, daha 3 nəfər isə vəfat edib.
Bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 35 105 nəfərə, sağalanların sayı 32 842 nəfərə vəfat edənlərin sayı isə 515 nəfərə çatıb.

Daha çox xəbər:

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Səhiyyə
TƏBİB məlumat yaydı – SON DƏQİQƏ
Səhiyyə
Azərbaycanda daha 471 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib
Sosial
Bir şey qalmadı: Virusdan ölənlərin sayı psixoloji rəqəmə çatır
Dünya
Rusiyada koronavirusa yoluxanların sayı 100 000-i ötdü
Dünya / Səhiyyə