Gündəm / Hadisə
24 avqust 2020
53
Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşları məhkəməyə gətirildi
Milliinfo.az
Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev məhkəməyə gətirilib.“Report”un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində həmin şəxslər barəsində istintaq orqanının təqdimatlarına baxılacaq.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Ə.Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı M.Mustafayev saxlanılıb.
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham irəli sürülüb.

Daha çox xəbər:

Azərbaycanda daha bir icra hakimiyyətində əməliyyat keçirilir - YENİLƏNİB + RƏSMİ
Gündəm / Hadisə
Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ
Gündəm / Hadisə
Bakıda bələdiyyənin vəzifəli şəxsi rüşvət alanda tutuldu
Gündəm
İlham Əliyev daha bir icra başçısını vəzifəsində azad ETDİ
Siyasət
Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub
Siyasət