Gündəm
26 avqust 2020
52
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Milliinfo.az
Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb."Report" xəbər verir ki, sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.
Daha çox xəbər:
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
SiyasətMüddətli hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıb
Gündəm / Cəmiyyət / SosialSəfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - RƏSMİ
CəmiyyətYaşı 40-dək olan şəxslərin nəzərinə: Bu gündən..
GündəmBu rayonlarda yaşayan gənc oğlanlara şad xəbər – Nazir işə qəbul keçirəcək
Cəmiyyət