Gündəm / Cəmiyyət
05 sentyabr 2020
33

Polis dələduz sevgilisinin əməllərini himayə etdi , Sonda məsuliyətdən kənarda qalmağıda bacardı

Polis dələduz sevgilisinin əməllərini himayə etdi , Sonda məsuliyətdən kənarda qalmağıda bacardıDaxili İşlər Nazirliyinin 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının Etik Davranış Kodeksi”nin 12-ci Maddəsində göstərilir ki, Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir.

Etik Kodeksin 13-cü Maddəsində isə bildirilir ki, DİO əməkdaşı icrasının mümkün olamayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. 18-ci Maddə isə polis işçisindən tələb edir ki, o, kriminal və müəmmalı həyat tərzi keçirən, o cümlədən cinayətkar aləmdə tanınmış və nüfuza malik şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşmələrə getməməlidir.Bu məqalədə söhbət ən azından məhz sadaladığımız maddələrdə ehtiva olunan etik prinsipləri pozan polis işçisindən gedəcək. O polis işçisindən ki, ailə-məişət normalarını pozaraq dələduz olduğunu bildiyi qadınla sevgi münasibəti qurub, bu azmış kimi onunla sövdələşmələrə gedərək, onun əli ilə başqalarının pulunu mənimsəyib.

Beləliklə, həmin “asayiş keşikçisini” siz də tanıyın: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin təhqiqatçısı Soltanov Murad Nizami oğlu. Onun barəsində redaksiyamıza şikayət edən şəxs Bağırovadır. Bəri başqan qeyd edək ki, cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizə müstəvisində hüquq-mühafizə, cinayət təqbi orqanlarına informasiya dəstəyi verən, onlarla etibarlı tərəf müqabili kim çıxış edən kütləvi informasiya vasitəsi olaraq vətəndaşların müraciətlərinə həssas yanaşsaq da, redaksiyamızın poçtuna daxil olan hər şikayəti ciddiliklə araşdırırıq. Vətəndaş Bağırovanın şəxsən özü ilə apardığımız söhbətdən sonra, eləcə də şikayət ərizəsinə qoşma etdiyi materalları (sənəd surətləri, məktublar, məhkəmə qərarları və s.) nəzərdən keçirdiyimizdə şikayətin həqiqəti əks etdirdiyinə şübhəmiz qalmadı. Bununla belə, yenə də təkcə daxili inamımıza əsaslanaraq deyil, hadisələri məhz hüquq müstəvisində təsdiqini tapmış faktlara əsaslanaraq təsvir etməyə qərar verdik. Elə vətəndaş Bağırovanın da redaksiyadan xahişi ondan ibarətdir ki, məmur kabinetlərində, məhkəmə zallarında müsbət həllini tapmayan bu məsələ KİV-də ictimailəşsin.

“Müəyyən edilmişdir ki, təhqiqatçı M.Soltanov vət. K.Kərimovanın yanıq xəsarəti alması ilə bağlı 2018-ci ilin avqust ayında araşdırma apardıqdan sonra onunla cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına zidd münasibətlər qurmuşdur... Qeyd olunan nöqsanlara yol verdiyinə görə Nizami RPİ 24-cü PŞ-nin təhqiqatçısı Murad Soltanov DN-nin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb olunmuş, Nizami rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsindən asılı olaraq onun DİO-da xidmətdə qalıb-qalmaması məsələsinə baxılacaqdır”. – Bu cümlələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin vətəndaş Bağırovaya yazdığı 31 iyl 2019-cu il tarixli 023-12263/9B-3219 nömrəli məktubunda yer almışdır.

Məktubda həmçinin təsdiqlənir ki, vətəndaş Könül Kərimova vətəndaş Bağırovaya və vətəndaş Baxışovaya özünü Heydər Əliyev Fondunun məsul əməkdaşı kimi təqdim etməklə 60000 manat nağd pul alıb onları inandırmaq məqsədilə saxta ödəniş qəbzləri vermiş, etbarlarından sui-isifadə etməklə küll miqdarda pullarını ələ keçirib dələduzluq etmiş, 23.10.2018-ci il tarixdə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vət. K.Kərimova və tanışı F.Cəfərxanlının barəsində Cinayət Məcəlləsinin 178.3.2, 193-1.1.1, 310, 320.1 və 320.2 –ci maddələri lə başlanmış cinayət işinin istntaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bəakı Ağır Cinayətlər Məhkəməsinin 29.03.2019-cu il tarixli hökmü ilə Könül Kərimova CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinib 7 il 3 ay müddətinə məhkum edilmiş, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı Könül Kərimovanın Fərid Cəfərxanlıdan başqa digər şəxslərlə əlbir oması müəyyən olunmamışdır.

Nəinki işində, heç azadlıqda da qalmamalıdır!

Lakin vətəndaş Bağırova hesab edir ki, Nizami rayon prokurorluğu Murad Solanovun DİO-da xidmətdə qalıb-qalmaması məsələsinə deyil, ümumiyyətlə azadlıqda qalıb-qalmaması məsələsinə baxmalıydı. Onun fikrincə, ibtidai araşdırma və məhkımı istintaqı dələduzların dəstəsinin əhatə dairəsini tam müəyyənləşdirməyib, nədən ki, Murad Soltanovu da həmin şəxslərlə əlbir hesab edir.Bağırovanın qənaətinə görə, hüquq-mühafizə, cinayət təqibi və məhkəmə orqanlarının Murad Soltanova humanist münasibətinin kökündə onun məhz polis işçisi olması və ortada “yoxa çıxan” 30000 manatdan artıq nağd pul durur. Çünki 60000 manatın yarısından bir qədər azının yeri məlumdur. Bağırova əmindir ki, Könül Kərimovanın 20.10.2018-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gedərək daha əvvəl zərər vurmuş olduğu şəxslərə - ödədiyi 27500 manat pul məhz 60000 manatdan götürmüşdür. Qəribədir ki, KQMBİ prokurorları K.Kərimovaya adları çəkilən zərəçəkmişlərə borcunu qaytarması üçün sərbəst hərəkət etmək (əslində növbəti dələduzluq etmək) imkanı yaratdıqları halda, Bağırovaya münasibətdə belə etməmişlər və K.Kərimovanı tez-tələsik həbs etmişlər.

Müstəntiq təhqiqatçının ayağını tapdalamayıb

Bağırova redaksiyamıza ünvanladığı ərizəsində bildirir: “Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs Kərimova Könül Məzahir qızı zalda mənə bu dələduzluq işində tək onun günahının olmamasını, bu işdə Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis bolməsinin təhqiqatçısı Soltanov Murad Nizami oğlunun əli olduğunu və cinayətin təşkilatçısı məhz Murad olduğunu bildirərək, Muraddan 5 ədəd ayrı-ayrı tarixlərdə yazılmış şikayət ərizələrini mənə vermişdir. Murad Könülə istintaq dövründə onun adının çəkməməsini və onu qurtaracagını vəd etdiyindən, eləcə də Könül üçün vəkilləri Murad tutduğunu, vəkillərin ona Muradın onu qurtaracağını və bu işlə əlaqədar Muradın adını çəkməməyi məsləhət gördüklərini demişdir. Könül deyilənlərə inanaraq istintaq və məhkəmə zamanı susaraq Muradın adını çəkməmişdir. Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin təhqiqatçısı Soltanov Murad Nizami oğlu Könülün tutulmasında maraqlı olduğundan və məsuliyyətdən kənarda qalmaq üçün Könülü məqsədli formada tutdurmuşdur. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində mənim də zərərçəkmiş kimi tanındığım halda mənim pulumla digər zərərçəkmişlərin pulları ödənilmiş, lakin yerdə qalan 30.000 manatla əlaqədar Könülə hər hansı sual verilməmişdir.

Mən Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2019-cu il tarixli hökmündən narazı qaldığımdan, mənə qarşı dələduzluqda əlbir olan Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin təhqiqatçısı Soltanov Murad Nizami oğlunun məsuliyyətdən kənarda qalması ilə barışmayıb apellyasiya şikayəti verdim. Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının sədrlik edən hakimi Rizvan Səfərov Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 1(103)-919/2019 saylı qərarının “müəyyən etdi” hissəsində məhkum Kərimova Könül Məzahir qızının apellyasiya baxışı zamanı məndən aldığı pulların bir hissəsini Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin təhqiqatçısı Soltanov Murad Nizami oğluna verdiyini və bu işlə əlaqədar Könülün mənə ayrı-ayrı vaxtlarda verdiyi Muraddan sikayət ərizələri əsasında Bakı şəhər Nizami rayon Prokurorluğunda iş aparıldığı müəyyən olunmuşdur. Bundan əlavə, bildirirəm ki, Kərimova Könül Məzahir qızı barəsində 2019-cu ilin fevral ayından başlayaraq Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi Vüsal Qurbanov icraatında dələduzluq işi ilə əlaqədar cinayət işi aparılb. Mən həmin cinayət işi üzrə iki məhkəmə iclasında vətəndaş kimi iştirak etmişəm. İştirak etdiyim məhkəmə iclaslarında Könül Kərimova Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin təhqiqatçısı Soltanov Murad Nizami oğlu ilə əlbir olduğunu bildirmişdir. Mənim və Kərimova Könül Məzahir qızının anası Abdullayeva Səmayət İsfəndiyar qızı tərəfindən edilən şikayətlər əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin təhqiqatçısı Soltanov Murad Nizami oğlu barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunda müstəntiq Emil Əlizadə tərəfindən araşdırma aparılıb.

Murad Soltanovun eyni rayonda hüquq mühafizə orqanının işçisi olduğunda onun barəsində cinayət işi başlanmayıb”.Bağırovanın Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin təhqiqatçısı Soltanov Murad Nizami oğlundan ardıcıl yazdığı şikayət məktubları əsasında həmin işi aylar sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verilmişdir.Həmin iş Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində prokuror İlkin İsmayəlova verilmiş müvafiq izzahatlar almış sonradan həmin iş başqa müstəntiq Nigar Nəcəfliyə verilmiş o isə məhkumun üzün görmədən izzahatını almadan işi bağlamışdır.Hərçənd, M.Soltanov isintaqa verdiyi izahatlarda Könülün ona yönəlik ittihamlarının heç birini qəbul etməsə də, onunla yaxın münasibət qurandan az sonra onun vaxtilə məhz dələduzluq üstündə məhkum olunduğunu öyrəndiyini, onun guya şər-böhtanından qorxaraq onun üçün vəkillər tutduğunu etiraf etmişdir. Halbuki, vəkillər Muraddan Könülü müdafiə etmək yox, onu aldatmaq təlimatı alıbmışlar. Üstəgəl, M.Soltanov heç bir şər-böhtan təhdidi qarşısında sınmamalı, cinayətkarın mümkün qədər tez məsuliyyətə cəlb olunmasına çalışmalı, Könülün cəmiyyət üçün təhlükə kəsb edən dələduzluq əməllərinin sırasının artmasına imkan verməməliydi.

Vətəndaş Bağırova Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin təhqiqatçısı Soltanov Murad Nizami oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinə və ondan çəkdiyi zərərin ödənilməsinə nail olmaq üçün mübarizədən dönməyəcəyinə israrlıdır.
Məqalədə adları keçən digər maraqlı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

İnsanhuquqlari.az