Gündəm / Hadisə
12 sentyabr 2020
58
Eldar Həsənovla bağlı həbs qərarı qüvvədə qalıb
Milliinfo.az
Nəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı müdafiəçinin vəsatətinə baxılıb.E. Həsənovun vəkili Adil ismayılovun APA-ya verdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, vəsatət təmin edilməyib.
Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

Daha çox xəbər:

Bakıda həbs olunan sabiq səfirdən xəbər var
Gündəm
DTX-nin həbs etdiyi XİN-in sabiq şöbə rəisindən XƏBƏR VAR
Gündəm / Hadisə
Səfir Eldar Həsənov tutuldu - RƏSMİ
Siyasət / Hadisə
COVID-19-a yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən şəxslər həbs edilib
Siyasət / Hadisə
DSX-nin vəzifəli şəxslərinin həbs müddəti artırıldı
Gündəm / Cəmiyyət