Gündəm / Hadisə / Dünya
05 oktyabr 2020
18
Çexiyada fövqəladə vəziyyət bərpa edilib
Milliinfo.az
Altı aylıq fasilədən sonra Çexiyada yeni növ koronavirusun yayılması səbəbindən bu gün fövqəladə vəziyyət bərpa edilib.“Report” xəbər verir ki, fövqəladə vəziyyət rejimi 30 gün davam edəcək.
Eyni zamanda, ölkədə bazar ertəsindən açıq havada kütləvi tədbirlərdə iştirak edənlərin sayı 20 nəfərdən çox olmamalıdır. Qapalı məkanlarda bu rəqəm 10 olacaq. Dövlət və bələdiyyə orqanlarının iclaslarında, habelə məhkəmə proseslərində iştirak edənlər üçün say məhdudiyyəti istisna edilib. Sanitariya və gigiyena standartlarına riayət edilərək bu tədbirlərdə eyni vaxtda 100 nəfərədək şəxs iştirak edə bilər.
Koronavirus infeksiyasının ən çox yayıldığı ərazilərdə bazar ertəsi günündən etibarən məktəblər iki həftəlik bağlanacaq. Bu gündən etibarən futbol və xokkey oyunları azarkeşsiz keçiriləcək. Opera tamaşalarına isə müvəqqəti qadağa qoyulacaq.

Daha çox xəbər:

Bu ölkədə kütləvi qətllərə görə fövqəladə vəziyyət elan edildi
Siyasət / Hadisə / Dünya
Bazar günündən iyulun 5-dək qoyulan qadağaların - SİYAHISI
Sosial
Qazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpası iyulun 1-dən sonra müzakirə ediləcək
İqtisadiyyat
Azərbaycanda karantin rejimi ilə bağlı yeni qərar açıqlandı
Gündəm
Karantin rejimi yenidən sərtləşdirilə bilər
Siyasət / İqtisadiyyat / Cəmiyyət