Gündəm / Hadisə
15 oktyabr 2020
34
Tərtərdə qəbiristanlıqda dəfn zamanı mərmi atılıb: 3 mülki şəxs ölüb, 3-ü yaralanıb
Milliinfo.az
Cəbhədə vəziyyət gərgin olaraq qalır.Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.
Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.
Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Daha çox xəbər:

Ermənilər Tərtərə növbəti dəfə top atdı, 2 mülki şəxs yaralandı
Gündəm / Hadisə
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub
Gündəm
Ermənilər atəşkəs rejimini 45 dəfə pozub
Gündəm
XİN: Azərbaycan mülki əhalini qorumaq üçün Ermənistana adekvat cavab verəcək
Hadisə
Atəşkəs 24 dəfə pozuldu
Siyasət