Gündəm / Hadisə
05 oktyabr 2020
38
Ermənilər Tərtərə növbəti dəfə top atdı, 2 mülki şəxs yaralandı
Milliinfo.az
Cəbhədə şiddətli döyüşlər davam edir.Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur.
Düşmən yenidən rayonun dinc sakinlərini hədəf alıb.
Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə iki nəfər yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.
Bundan başqa, mülki evlərə, obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb. Hazırda döyüşlər davam edir.

Daha çox xəbər:

XİN: Azərbaycan mülki əhalini qorumaq üçün Ermənistana adekvat cavab verəcək
Hadisə
Multimedia MN: Düşmən Bərdə, Tovuz və Ağdam rayonlarının kəndlərini raket atəşinə tutur
Hadisə
Gəncədə Ermənistanın evləri vurması nəticəsində ölən və yaralananlar var
Hadisə
Ermənilərin Tovuzun kəndinə atdığı top mərmisi zərərsizləşdirilmək üçün götürülüb
Gündəm
Multimedia Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub
Gündəm / Hadisə