Gündəm / Hadisə
05 oktyabr 2020
38
Multimedia Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub
Milliinfo.az
Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir.
Eyni zamanda Ermənistanın müdafiə nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir.
Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir", nazirlikdən bildirilib.
Raketlərin Ermənistan ərazisindən buraxıldığını təsdiq edən video təqdim olunur.
Daha çox xəbər:
XİN: Azərbaycan mülki əhalini qorumaq üçün Ermənistana adekvat cavab verəcək
HadisəMultimedia MN: Düşmən Bərdə, Tovuz və Ağdam rayonlarının kəndlərini raket atəşinə tutur
HadisəSON DƏQİQƏ: Müdafiə Nazirliyi məlumat yaydı
GündəmAlmaniyalı məşhur jurnalist Ermənistanın yalanını ifşa etdi
Siyasət / DünyaCeyhun Bayramov Aİ nümayəndəsini Ermənistanın mülki əhaliyə hücumları barədə məlumatlandırıb
Siyasət / Dünya