Gündəm
17 oktyabr 2020
34
Baş Prokuror: "Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb"
Milliinfo.az
“Erməni təxribatları ilə bağlı artıq müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb. Hazırda lazım olan bütün sübutlar toplanılır və biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik”.APA-nın məlumatına görə, bunu diplomatik nümayəndələrin Gəncəyə səfərinə həsr olunan brifinqdə Baş Prokuror Kamran Əliyev deyib.
O bildirib ki, bütün bu göstərişlər - Gəncənin bombalanması və digər dinc əhalinin raket atəşinə məruz qalması birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilib: “Onların məsuliyyətə cəlb olunmaları üçün bütün prosedur qaydalara uyğun olaraq - həm daxili qanunvericiliyə, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun sübutlar toplanır. Bunlar barədə müxtəlif vasitələrdən istifadə etməklə həm BMT-nin müvafiq tribunalının yaradılması ilə bağlı, eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsi ilə bağlı iddialar qaldırılacaq”.

Daha çox xəbər:

Erməni ordusunun Qazax sakinlərinə vurduğu maddi zərərlə bağlı cinayət işinə başlanılıb - RƏSMİ
Siyasət
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilmişdir
Gündəm
Baş Prokurorluq: Daha 6 şəhər və rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb
Gündəm / Siyasət
DSX-nın vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı cinayət işi başlandı
Siyasət
Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
Gündəm