Gündəm / Hadisə
18 oktyabr 2020
41
Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı pozdu
Milliinfo.az
Oktyabrın 18-də saat 00:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub.
"Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir", - deyə nazirlikdən bildirilib.

Daha çox xəbər:

MN: Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəsi 70 dəfə pozub
Gündəm
Ermənistan silahlı qüvvələri atəşkəsi 30 dəfə pozub
Gündəm / Siyasət / Hadisə
Ermənistan silahlı qüvvələri atəşkəsi 43 dəfə pozub
Hadisə
Cəbhədən son xəbər
Gündəm
Erməni silahlı bölmələri atəşkəsi 24 dəfə pozub
Gündəm