Hadisə
12 iyul 2020
53
Ermənistan silahlı qüvvələri atəşkəsi 43 dəfə pozub
Milliinfo.az
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 43 dəfə pozub.
"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.