Gündəm / Cəmiyyət
08 noyabr 2020
95
Ermənilər üçün Qarabağın bitdiyi yer - Şuşa

Bu gün Azərbaycanın hər bir vətəndaşı 27 il 6 ay yaşadığı böyük bir acını sevinclə əvəz edir.
1992 - ci ilin may ayında dünyadakı havadarlarının köməkliyi ilə Azərbaycanın alınmaz qalalarından biri olan Şuşa şəhərini ələ keçirən erməni hərbi birləşmələri Dağlıq Qarabağdakı üstünlüyü ələ alaraq sonradan bir çox ərazilərimizidə ələ keçirməyə müvəffəq oldular.
27 illik açı həsrət həmişə bizlərin üzündə o deviri yaşamış hər bir Azərbaycanlının simasında hiss olunacaq dərəcədə nəzərə çarpırdı. Bu acı həstətlə yaşayan istər qarabağlı , İstər şirvanlı , istər cənublu , istər şimallı , istər aranlı olsun hər bir Azərbaycanlının daxilindəkili niskili ona rahatlıq vermirdi. Bu narahatlıq düz 27 il 6 ay idi ki, davam edirdi. Ancaq insanlarda heç bir zaman ümüd sönməmişdi, həmişə insanlar keçirilən tədbirlərdə əllərini göyə qaldırıb Uca Allaha bir gün itirilmiş torpaqların geri qaytarılması üçün dualar edir, tez bir zananda məcburi köçkünlərin ata baba yurduna qaytmasını arzulayırdılar.

Artıq Bu gündən Şuşa şəhəridə digər düşmən tapdağından azad olunan şəhər və kəndlərimiz kimi Azərbaycan əsgərlərinin qorunması altındadır. Bu xalqımızın qələbəsidir , Bu dövlətmizin qələbəsidir ,Bu ordumuzun qələbəsidir ,Bu müzəffər ali baş komandan İlham Əliyevin qələbəsidir.
Bu gündən başlayaraq ermənilər artıq tam anlamağa başladılar ki, yad torpağda, yad eldə uzun illər yaşamaq olar amma əbədi yaşamaq olmaz bir daha subut olundu ki , haqq incələr amma qırılmaz. Həqiqətəndə bu gün haqqın zəfər çaldığı gündür. Bir daha ermənilər anladılar ki,bu gün onlar üçün Qarabağın bitdiyi gündür.

Bizim hələ bir neçə yaşayış ərazilərimiz düşmən tapdağındadır inanırıq ki ,yaxın günlərdə düşmən tapdağı altında olan bütün torpaqlarımız tam azd olunaraq ölkəmizin 86,6 min kvadrat kilometirlik ərazisi dövlətimizin tam nəzrəti altında faliyyət göstərəcəkdir.
Yeni qələbə xəbərləri ilə Azərbaycan xalqını bir daha təbrik edirəm.

Media Məlumat Mərkəzinin
Baş redaktoru Rövşən Qasımov

Daha çox xəbər:

Rusiya XİN sözçüsü ilə müxalifət lideri arasında debat olacaq
Siyasət / Dünya
"Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu"
Siyasət
Şuşada erməninin 9 tankını məhv edən Milli Qəhrəman
---
Iran dövləti islam inqlabının liderinin vəfatının 31-ci ilini qeyd edir
Gündəm / Siyasət / Cəmiyyət
Koreyalı professor: Ermənistan KTMT-dən dəstək almaq üçün Gəncəni bombalayır
Gündəm / Siyasət / Dünya