Gündəm / Hadisə
13 noyabr 2020
38
BBC: Ermənilər evlərə od vurub ərazini tərk edirlər
Milliinfo.az
“Bu günü Dağlıq Qarabağın Dadivank kəndindən (Xudavəng, Kəlbəcər rayonu – “Report”) keçirdik. Bölgə iki gün ərzində Azərbaycana təhvil verilməlidir. Bir çox yerli sakin evlərini boşaldıb gedirdi. Bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərinə od vurublar”.“Report” xəbər verir ki, bunu BBC-nin müxbiri Vill Vernon tvitterdə yazıb.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar. Həmin bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycanın nəzarəti altına qaytarmalıdır.

Daha çox xəbər:

Rusiya XİN Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib
Siyasət / Dünya
Ermənilər Qarabağda hərbi təlimlərə başlayıb
Gündəm
Gürcü ekspertlər: Ermənistan Qarabağa qanunsuz köçürmələrlə işğalı möhkəmləndirməyə çalışır
Siyasət / Dünya
Koreyalı professor: Ermənistan KTMT-dən dəstək almaq üçün Gəncəni bombalayır
Gündəm / Siyasət / Dünya
Azərbaycan Prezidentinin köməkçisi: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"
Gündəm / Siyasət