Gündəm
19 noyabr 2020
47
Ermənistanın baş hərbi müfəttişi istefa verib
Milliinfo.az
Ermənistan Müdafiə Nazirliyi Hərbi nəzarət xidmətinin rəisi Movses Akopyan vəzifəsindən istefa verib.“Report” “Qraparak”a istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib.
M.Akopyan bildirib ki, yaxın zamanda keçirəcəyi mətbuat konfransında istefasının səbəbi ilə bağlı açıqlama verəcəyini deyib.
Qeyd edək ki, M.Akopyan 2019-cu il mayın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın sərəncamı ilə baş hərbi müfəttiş təyin edilib. O, bu vəzifəyədək Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub.
M.Akopyan 1965-ci il fevralın 4-də Azərbaycanın Xocavənd rayonunda anadan olub.

Daha çox xəbər:

Ermənistan MTX-nin keçmiş direktorunun casus olması araşdırılır
Dünya
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi
Siyasət
Azərbaycan Müdafiə nazirinin sabiq müavini vəfat edib
Hadisə
Paşinyan İlham Əliyevlə görüşündən danışdı
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatı barədə məlumatlandırıb
Siyasət / Dünya