Gündəm
22 dekabr 2020
38
Rus sülhməramlıları Dağlıq Qarabağda təhlükəsizliyin qarantıdır - Putin
Milliinfo.az
Dövlət Turizm Agentliyi bəzi hotellərdə Yeni il şənliklərinin keçiriləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.Agentlikdən verilən məlumata görə, son zamanlar sosial şəbəkələrdə və bir sıra saytlarda bəzi hotellərin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı şənlik və konsert proqramları daxil edilən bayram paketləri təklif olunur:
"Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutaraq bildirir ki, hotellərdə yuxarıda qeyd olunan bayramlarla əlaqədar kütləvi tədbir, şənlik və konsert proqramlarının təşkil edilməsi qadağandır.
Ölkə vətəndaşlarının Bakıda və ya regionlarda yerləşən hotellərdə keçirilən bayram tədbirlərində iştirakla bağlı hər hansı elan və dəvətlərə aldanmamaları, xüsusi karantin rejimi qaydalarına əməl etmələri zəruridir.
Xüsusi karantin rejimi dövründə bu növ faktlar aşkarlanacağı təqdirdə müvafiq dövlət qurumları tərəfindən qarşısı alınacaq, təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar".
Daha çox xəbər:
Hotellərdə Yeni il şənliklərinin keçirilməsi qadağandır
GündəmBakıda polisə hücum etdiyi deyilən şəxslər aşkarlandı - RƏSMİ
Gündəm / CəmiyyətKarantin rejimi bir il müddətinə uzadıla bilərmi? - Sosial şəbəkələrdə yayılan xəbərlə bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət / SosialAzərbaycanda karantin rejimi yumşaldıldı - Bir çox qadağalar ləğv edildi
Gündəm / Cəmiyyət / SosialDövlət Turizm Agentliyi: Postpandemiya dövründə rəqabətə hazır olmaq üçün yeni turizm məhsullarının yaradılmasını istəyirik
İqtisadiyyat