Gündəm / Səhiyyə
16 yanvar 2021
62
Peyvəndləmə yanvarın 18-də başlayır, birinci mərhələdə bu şəxslər vaksinasiya olunacaq
Milliinfo.az
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq.“Report” xəbər verir ki, peyvənd ilk növbədə risk qrupuna aid şəxslərə vurulacaq.
COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:
1-ci mərhələ - Səhiyyə işçiləri;
65 yaşdan yuxarı şəxslər;
Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;
2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);
50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;
Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;
Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.
Daha çox xəbər:
Koronavirus peyvəndinin Azərbaycana gətirilməsilə bağlı VACİB AÇIQLAMA
GündəmAlmaniyada koronavirus peyvəndi klinik testlərdən keçdi
Dünya / SəhiyyəNazirlik: Azərbaycanda it və pişiklərin sayı artıb
GündəmBu ölkədə hüquq-mühafizə orqanlarının 10-dan çox əməkdaşı COVID-19-a yoluxub
Dünya / Səhiyyə“ASAN Könüllüləri” Təşkilatı “Coca Cola Fondu” ilə birgə sosial yardım layihəsinə başlayır
Cəmiyyət / Sosial