Gündəm
03 fevral 2021
45
Həbs olunduğu deyilən Səlim Müslümovun ATASI DANIŞDI
Milliinfo.az
Bir sıra KİV-də sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi və bu barədə S. Müslümovun yaxınlarının məlumatı təsdiqlədiyi ilə bağlı xəbərlər yayılıb.Məlumatda bildirilir ki, sabiq nazir sürücüsü və yaxın qohumu ilə birlikdə saxlanılıb.
Sonxeber.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən S.Müslümovun atası Yanvar Müslümov yayılan məlumatları təkzib edib.
O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəzi saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah, yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıbsa, bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır".
Daha çox xəbər:
İspaniyada danışılmış oyunlarda iştirak edən iki sabiq futbolçu həbs olunub
Hadisə / Dünya / İdmanDTX-nin həbs etdiyi XİN-in sabiq şöbə rəisindən XƏBƏR VAR
Gündəm / HadisəEldar Həsənovla bağlı həbs qərarı qüvvədə qalıb
Gündəm / HadisəXİN: Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması məlumatı yalandır
Gündəm / SiyasətRamiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Gündəm / Hadisə