Gündəm / Hadisə
05 iyul 2021
26
Almaniyada azərbaycanlı qətlə yetirilib
Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib.
“Report”un Avropa bürosunun məlumatına görə, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinn Qreven şəhərində qeydə alınıb. Elmir Fərzəliyev adlı Azərbaycan vətəndaşı yaşadığı yataqxanada ölü tapılıb.
Hadisə yerinə gələn polis əməkdaşları Azərbaycan vətəndaşının qətlə yetirilməsindən şübhələniblər.
Qreven şəhərinə yaşayan azərbaycanlıların verdiyi məlumata görə, E.Fərzəliyevlə Əfqanıstan vətəndaşı arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqanstan vətəndaşı E.Mirzəyevi bıçaqlayıb. Davaya müdaxilə etmək istəyən daha bir şəxs də xəsarət alıb.
Faktı Qreven şəhər Polis Təşkilatı araşdırır.

Daha çox xəbər:

Almaniya 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarıb
Gündəm / Dünya / Sosial
Əfqanıstan vətəndaşı Bakıda itkin düşüb
Gündəm
Almaniyada azərbaycanlılarla ərəblər arasında dava düşdü
Hadisə
Azərbaycanda tanınmış gitaraçı oğlu tərəfindən qətlə yetirilib
Gündəm / Hadisə
Dənizdə polislərlə gənclər arasında kütləvi dava - VİDEO
Cəmiyyət / Dünya