Gündəm / Siyasət
12 iyul 2021
33

Prezidentdən Bakıda yolların təmiri ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bakıda yolların təmiri ilə bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.