Gündəm / İqtisadiyyat
13 iyul 2021
29
Monqolustandan ölkəmizə ət idxalına məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Monqolustanın Xentiy, Dornoqov və Süxbator vilayətlərində dabaq xəstəliyi qeydə alınıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Xentiy, Dornoqov və Süxbator vilayətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Daha çox xəbər:

Ağdamda 180 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlanıb
Hadisə
ƏHALİYƏ XƏBƏRDARLIQ MÜTLƏQ OXUYUN!!!
Cəmiyyət
Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr-SİYAHI
Gündəm
İctimai iaişə və alış-veriş yerlərində xüsusi qaydalar tətbiq olundu : Operativ Qərərgah
Gündəm / Cəmiyyət / Sosial
Azərbaycana avtomobil idxalı artmaqda davam edir
İqtisadiyyat