İqtisadiyyat
14 sentyabr 2020
38
Azərbaycana avtomobil idxalı artmaqda davam edir
Milliinfo.az
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 399 mln 498,58 min ABŞ dolları dəyərində 33 178 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 483 ədəd və yaxud 24,29% çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 138 ədəd və yaxud 56,1% azalaraq 108 ədəd (9,2 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 6 938 ədəd və yaxud 28,8% artaraq 31 026 ədəd (348,2 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 3 050-i (17,5 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 136-i (7,7 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 302 ədəd və yaxud 13,35% azalaraq 1 960 ədəd (28,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 15 ədəd və yaxud 15,15% azalaraq 84 ədəd (13,6 milyon ABŞ dolları dəyərində) olub.
Daha çox xəbər:
Dörd ayda ölkəyə 17 mindən çox avtomobil gətirili
İqtisadiyyat“Dövlət idarəçiliyində islahatların yeni mərhələsi” mövzusunda onlayn elmi-praktik konfrans
İqtisadiyyatAzərbaycanda son üç ayda qeyri-neft sektoru üzrə ixrac 3.3 faiz artıb - FOTO
İqtisadiyyatGürcüstan Azərbaycana ixracı 15%-dən çox azaldıb
İqtisadiyyat / DünyaBu il ARDNF “Şahdəniz”dən 66 mln. ABŞ dolları qazanıb
İqtisadiyyat