Gündəm / Cəmiyyət
14 iyul 2021
21
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ
Nazirlər Kabineti ictimai nəqliyyatın fəaliyyətinə dair qərar qəbul edib.
Nazirlər Kabineti "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib.
Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında həftəsonları, o cümlədən 2021-ci il 17 iyul tarixində ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müəyyən edilmişdir.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib və 18-21 iyul tarixləri qeyri-iş günü olaraq müəyyən edilib.
Bu baxımdan, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilmişdir.
Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Daha çox xəbər:
Operativ Qərargah ictimai nəqliyyatla bağlı yeni QƏRAR verəcək
Gündəm / CəmiyyətBu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
SosialHəftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət / SosialBu gündən sentyabrın 7-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək
Gündəm / SosialAzərbaycanda karantin rejimi ilə bağlı yeni qərar açıqlandı
Gündəm