Gündəm / Cəmiyyət
03 iyul 2021
32
Operativ Qərargah ictimai nəqliyyatla bağlı yeni QƏRAR verəcək

Baş nazir Əli Əsədovun qərarı ilə Qurban bayramında istirahət günlərinin ardıcıllığının təmin edilməsilə bağlı 17 iyul (şənbə) və 19 iyul (bazar ertəsi) günlərinin yeri dəyişdirilib.
Digər qərarda isə 17 iyul şənbə günü (iş günü) olduğundan, ictimai nəqliyyatın məhdudlaşdırılacağı bildirilib.
Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, qeyd edilən məsələ ilə bağlı yeni qərar imzalanacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına etdiyi dəyişikliklə 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Daha çox xəbər:

Bu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Sosial
Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət / Sosial
Xüsusi karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ
Gündəm
Şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərməyəcək
Gündəm
Bazar günündən iyulun 5-dək qoyulan qadağaların - SİYAHISI
Sosial