Gündəm / Sosial
24 iyul 2021
27
Jurnalistlərin üçüncü binası ilə bağlı Prezidentə müraciət - “Şəhid ailələrinə verilsin”
Bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Onlar Prezidentin son müsahibəsində ilin sonunadək üç min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyini, artıq 1300 mənzilin onlara verildiyini bildirdiyini, onların da bu missiyanın həyata keçirilməsində öz həmrəyliklərini nümayiş etdirmək istədiklərini dilə gətiriblər.
Qeyd olunub ki, son illər Azərbaycan dövləti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atıb. Bunlardan biri də media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, onların dövlət hesabına mənzillərlə təmin edilməsidir.
Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır:
“Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunsun.
Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar.
Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik”.
Müraciəti imzalayıblar:
1. Mirşahin Ağayev – REAL TV-nin rəhbəri
2. Qulu Məhərrəmli – BDU-nun professoru
3. Cahangir Məmmədli – BDU-nun professoru
4. Emin Musəvi – ASAN Radionun rəhbəri
5. Vüsalə Mahirqızı - “Azəri-Press” informasiya agentliyinin rəhbəri
6. Arif Əliyev – Yeni Nəsil Jurnalistlər Birliyinin sədri
7. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
8. Yeganə Hacıyeva – bloger
9. Ədalət Verdiyev – bloger
10. Əflatun Amaşov – Mətbuat Şurasının sədri
11. Elbrus Ərud – Qafqazinfo.az saytının rəhbəri
12. Şakir Eminbəyli - “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi
13. Rüstəm Əliyev – ANTENN Radionun rəhbəri
14. Həmid Həmidov - “Global Media Group”un media direktoru
15. Vüsal Məmmədov – Azvision.az saytının rəhbəri
16. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru
17. Şakir Ağayev - “Novoye vremya” qəzetinin baş redaktoru
18. Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru
19. Elçin Alıoğlu - “Milli.az” saytının baş redaktoru
20. Aslan Aslanov – AZƏRTAC-ın İdarə Heyətinin sədri
21. Azər Xəlilov – ATV-nin rəhbəri
22. Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru
23. Vüqar Xəlilov – CBC TV-nin rəhbəri
24. Radik İsmayılov – ARB24 TV-nin rəhbəri
25. Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru
26. Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru
27. Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru
28. Fatma Səttarova - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri
29. Mirhəsən Həsənov – Çernobıl Əlilləri İttifaqının sədri
30. Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
31. Füzuli Rzaquliyev- “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri
32. Məhəmməd Vəliyev - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri
33. Məmmədhüseyn Sarıyev - Ehtiyatda Olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri
34. Xədicə Babayeva - “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri
35. Maral Zamanova - “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri
36. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri
37. Alman Abbasov – “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri
38. Sərraf Orucov - "Beynəlmiləlçi Əlil Döyuşçülər" İctimai Birliyinin sədri.
Daha çox xəbər:
İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə evlərin verilməsindən DANIŞDI
Gündəm / SiyasətPrezident şəhid jurnalistlərin ailələrinə mənzil hədiyyə etdi
Gündəm / SiyasətBölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
Gündəm / Cəmiyyət / Sosial / Foto“Dövlət tərəfindən onlara vasitələr veriləcək" - Prezident
Gündəm / SiyasətŞəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Gündəm / Cəmiyyət / Sosial