Gündəm / Cəmiyyət
29 iyul 2021
33
Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşa məscidində namaz qılıblar
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Şuşaya səfəri davam edir.
“Report”un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrinə baş çəkiblər, Cıdır düzündə olublar.
Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şentop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər.
Bununla da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri başa çatıb.
Parlament sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri Şuşadan Füzuliyə yola düşüblər.
Səfər çərçivəsində parlament sədrləri ermənilərin işğal dövründə Füzulidə törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.
Daha çox xəbər:
İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Gündəm / SiyasətPrezident Pakistan Milli Assambleyasının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
Gündəm / SiyasətAzərbaycan nümayəndə heyəti ilk dəfə bu ölkəyə səfər edir - Tarixi hadisə
Gündəm / SiyasətAzərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının üçtərəfli görüşü keçirilə bilər
CəmiyyətMilli Məclis Sədri Lavrovla görüşəcək, Federal Şuranın iclasında çıxış edəcək
Siyasət / Dünya