Gündəm / Cəmiyyət
30 iyul 2021
28

"Bu sahədə müəyyən problemlər var" - Yaqut Qarayeva


"Bu sahədə müəyyən problemlər var" - Yaqut Qarayeva

"Tibbi tullantıların ayrılması adətən xəstəxana daxilində gedir. Məsuliyyətimiz xəstəxanada tibbi tullantıları düzgün ayırmaqdır. Bu sahədə müəyyən problemlər var".

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, xəstə ilə təmasda olan bütün tullantılar tibbi tullantılar sayılır: “Xəstəxanalarda kəsici-deşici alətlərin tullantıları risk daşıyır. Bu kimi tullantıların atılmasında deşilməyən plastik qablardan istifadə olunmalıdır. Ökəmizdə tullantıların daşınmasında da ciddi problemlər var. Bu, xəstəxananın özünün daşıya biləcəyi yük deyil. Hər bir xəstəxananın özünün çıxardığı tullantıları utilaziya etməsi müəyyən problemlərə səbəb ola bilər”.