Gündəm / Cəmiyyət
31 iyul 2021
23
Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə yola düşəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək.
Bu barədə FHN-dən məlumat verilib.
Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Daha çox xəbər:

İlham Əliyev Türkiyədəki yanğınlarla bağlı tapşırıq verdi
Gündəm / Siyasət
FHN: Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir
Gündəm / Hadisə
"Sobsan" boya fabrikindəki yanğında FHN-in 5 əməkdaşı xəsarət alıb, 1 nəfər Toksikologiya mərkəzinə yerləşdirilib
Hadisə
Bakıda hündürmətəbəli binada YANĞIN
Hadisə
Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb
Gündəm