Gündəm / Siyasət
02 avqust 2021
30
Naxçıvan yenə atəşə tutuldu
Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Daha çox xəbər:

Erməni silahlı bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutdu: Zabitimiz yaralandı - VİDEO
Gündəm / Siyasət
Ermənilər dövlət sərhədi boyu mövqelərimizi ATƏŞƏ TUTDU
Gündəm / Siyasət
Ermənistan Naxçıvan istiqamətində təxribat TÖRƏTDİ
Gündəm / Cəmiyyət
SON DƏQİQƏ: Müdafiə Nazirliyi məlumat yaydı
Gündəm
Cəbhədəki son vəziyyətlə bağlı rəsmi məlumat
Siyasət / Dünya