Gündəm / Cəmiyyət
02 avqust 2021
33
Süleyman Soylu: “Azərbaycan qardaşlarımız gücümüzə güc qatır”
“Türkiyəni çənginə alan meşə yanğınlarının qarşısının alınması üçün dəstək verdiklərinə görə azərbaycanlı qardaşlarımıza öz təşəkkürümüzü bildiririk. Sözsüz ki, qardaşlıq bu günlər üçündür”.
Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, Azərbaycan yanğınsöndürənləri istər Muğla, istərsə də Antalya şəhərlərindəki güclü yanğınların söndürülməsi üçün uğurla və qətiyyətlə fəaliyyət göstərir: “Həm duaları, həm də fiziki, texniki və canlı qüvvəsi ilə azərbaycanlı qardaşlarımızın bizimlə birlikdə olması gücümüzə güc qatır”.

Daha çox xəbər:

Çavuşoğlu İlham Əliyevə təşəkkür etdi
Gündəm / Siyasət
Türkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edildi
Dünya
Azərbaycanlı gənc ABŞ-da dəm qazından zəhərlənərək öldü
Cəmiyyət / Hadisə
Azərbaycanda iki nazirlik birgə təlimlər keçirdi - FOTO
---
"Həm keçən ay, həm də bu ay üçün 190 manat verilməlidir" - Deputatdan AÇIQLAMA
Sosial