Gündəm / Cəmiyyət
03 avqust 2021
32
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb
2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust 2021-ci il saat 23:59-dək davam edəcək.
Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Daha çox xəbər:

Fəlsəfə və elmlər doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Gündəm / Təhsil
Magistraturaya qeydiyyatın müddəti uzadılıb
Gündəm / Cəmiyyət
Respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulunun həyata keçirildiyi ixtisaslar artırılıb
Təhsil
İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə
Təhsil
Peşə təhsili üzrə teledərslərin iyunun 29-u üçün cədvəli müəyyənləşdirilib
Təhsil