Gündəm / Cəmiyyət
21 iyul 2021
29
Magistraturaya qeydiyyatın müddəti uzadılıb
Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı “portal.edu.az” platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır. Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyulun 21-i səhər saatlarına olan məlumata əsasən, 8941 (83 faiz) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61 faiz) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.
Bakalavrların nəzərinə çatdırılır ki, qeydiyyat müddəti iyulun 26-sı saat 23:59-dək uzadılıb
Bakalavrlar “portal.edu.az” platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Daha çox xəbər:
Ali məktəblərə qəbul olunmaq üçün 12 minə yaxın subbakalavr ərizəsini təsdiqlədib
TəhsilMagistraturaya boş qalan plan yerlərinin sayı AÇIQLANDI
Təhsilİyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə
TəhsilBu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar
TəhsilBu şəxslərin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək
Siyasət