Gündəm / Hadisə
07 avqust 2021
32
Bakının mərkəzində baş verən yanğın söndürüldü - YENİLƏNİB
Bakının Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə baş verən yanğın söndürülüb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.
***
12:43
Bakıda ağaclıq ərazidə yanğın başlayıb.
Hadisə paytaxtın Səbail rayonu, Mehdi Hüseyn küçəsində qeydə alınıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
