Gündəm / Dünya
07 avqust 2021
61
FHN-in qüvvələri Türkiyənin Aydın şəhərinin yaşıllıq zolağındaki yanğını söndürüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.
"Report"un Türkiyə bürosu xəbər verir ki, ölkənin Aydın şəhərinin Çine rayonunda yerləşən Altınabad kəndində aktiv yanğınsöndürmə və xilasetmə fəaliyyəti aparan FHN əməkdaşları kəndin ətrafında yerləşən yaşıllıq massivində dünən başlayan və genişlənməkdə olan yanğını söndürüb.
Kənd sakinləri xüsusi helikopterlər və amfibiya təyyarələri ilə yanğına müdaxilə edən Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirib.
Daha çox xəbər:
Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə yola düşəcək
Gündəm / CəmiyyətEtibar Mirzəyev Türkiyəyə getdi
SiyasətFHN əməkdaşları uşağı belə xilas etdi - VİDEO
HadisəFHN: Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir
Gündəm / Hadisə"Sobsan" boya fabrikindəki yanğında FHN-in 5 əməkdaşı xəsarət alıb, 1 nəfər Toksikologiya mərkəzinə yerləşdirilib
Hadisə