Gündəm / Siyasət
16 avqust 2021
35
İlham Əliyev indoneziyalı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Azərbaycan-İndoneziya dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin həm ikitərəfli, həm də çoxtərəfli qaydada, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”.
Prezident İlham Əliyev bu bayram günündə Prezident Coko Vidodoya möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına əmin-amanlıq və rifah arzulayıb.
Daha çox xəbər:
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib
Siyasət / DünyaPrezident İlham Əliyev israilli həmkarını təbrik edib
SiyasətPrezident İlham Əliyev ABŞ-ın Müstəqillik Günü münasibətilə Prezident Donald Trampı təbrik edib
Siyasət / Dünyaİlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi
Gündəm / Siyasətİlham Əliyev Baydeni təbrik etdi
Gündəm / Siyasət