Gündəm / Siyasət
17 avqust 2021
37
"Biz Zəngəzur dəhlizindən istifadə edərək..." - Prezident
"Bildiyiniz kimi, mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında bildirib.
Dövlət başçısı deyib: “Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.
Daha çox xəbər:
Prezidentin Zəngəzurla bağlı çıxışının - Videosu
Gündəm / Siyasət“Şərqi Zəngəzur qərbə doğru genişlənəcək? Bakı və Moskvadan siqnallar” - VİDEO
Gündəm / Siyasət“Mən bu məsələni həll etmişəm, vəssalam!”
Gündəm / SiyasətAzərbaycanda iqtisadi rayonların yeni bölgüsü - İlham Əliyevdən FƏRMAN
Gündəm / Cəmiyyət“Zəngəzur dəhlizinin açılmasında həm Rusiya, həm də Türkiyə maraqlıdır” - MÜSAHİBƏ
Gündəm / Siyasət