Gündəm / Cəmiyyət
19 avqust 2021
62
“Vaksin müəllimlərin daha çox saatda dərs demək imkanıdır”
“İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub”.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
Onun sözlərinə görə, bu günədək belə müəssisələrin işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb: “Onlardan immuniteti olanlar 16 min 500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur. Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır. İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək”.

Daha çox xəbər:

Vaksin vurdurmayan valideynlərin övladları məktəbə buraxılmayacaq? – Nazirlikdən AÇIQLAMA
Gündəm / Cəmiyyət
Vaksin hazırlamaq üçün 31 milyard dollar lazımdır - ÜST
Səhiyyə
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Sosial
Sentyabrda məktəblər açılacaq? - RƏSMİ AÇIQLAMA
Təhsil
Nazirlikdən saxta vaksin sertifikatı alanlarla bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət