Gündəm / Sosial
21 avqust 2021
23
İnternet problemi: Böyük həcmdə dövlət vəsaitləri ayrılsa da... - AKTUAL
"Azərbaycanda internetin əlçatımlığı və keyfiyyəti ilə bağlı problem uzun müddətdir ki, öz həllini tapmayıb".
Qaynarinfo xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, hökumət tərəfindən bu problemin kökündən həlli istiqamətində müəyyən cəhdlər olsa da, indiyədk bunlar reallaşmayıb:
"Xüsusən də regionlarda və kəndlərdə, o cümlədən Bakı ətrafında və əhalinin daha az məskunlaşdığı ərazilərdə bu problem daha ciddidir. Ötən il Bakı ətrafında keyfiyyətli internetə əlçatımlıqla bağlı böyük həcmdə dövlət vəsaitləri ayrılsa da, hələlik real nəticələr ortada yoxdur. Qonşu ölkələrdə bu istiqamətdə müəyyən üstünlük olsa da, müşahidələr göstərir ki , elə onların da bəzilərində oxşar problemlər qalmaqdadır.
Maraqlıdır ki, ölkələrin bir çoxunda son zamanlar bu problemin həllinə, xüsusən də ucqarlarda və əhali az yaşayan yerlərdə aradan qaldırılmasına yanaşmalar xeyli dəyişib. Azərbaycanda bu problemin həlli üçün NRYTN yeni yanaşma irəli sürüb. Nazirlik bu problemi dövlət və özəl tərəfadşlığı çərçivəsində, yəni dövlət provayderi olan "Aztelekom" və ya "Baktelecom"la digər özəl provayderlərin əməkdaşlığı ilə həll etmək niyyətindədir. Bununla bağlı artıq nazirlik açıqlamalar da verib".
Osman Gündüz bildirib ki, hələlik bu əməkdaşlığın prinsipləri, dövlət və özəl provayderlərin hüquq və vəzifələri haqqında heç bir açıqlama verilməyib:
"Kəndlərdə yeni qurulacaq magistral şəbəkə, həmçinin son nötqtəyədək olan xətlərin necə qurulacağı, hansı texnologiyadan istifadə ediləcəyi, kimin bu infrastrukturu quracağı və qurulmuş infrastruktur üzərində mülkiyyətin kimə məxsus olacağı haqqında açıqlamalar verilməyib. Ümid edirəm ki, NTRYN-nin şərtləri özəl provayderlər üçün cəlbedici olacaq. Gözlənilən o idi ki, NRYTN kəndlərdə və qəsəbələrdə, daha az əhali yaşayan yerlərdə magistral infrastrukturu özü quracaq, müxtəlif texnologiyalar tətbiq ediləcək, lakin son nöqtəyə internetin çəkilməsini özəllərə həvalə edəcək".
Daha çox xəbər:
İnternetin sürəti qiymətinə uygundurmu? - ARAŞDIRMA
Gündəm / SosialPrezident: “Taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir”
Siyasət / İqtisadiyyatBakı metrosunda yenə problem var - Stansiyalarda böyük sıxlıq yaranıb
Cəmiyyət“Hər hansı kabel zədələnməyib” – İnternetlə bağlı rəsmi açıqlama
Cəmiyyət / SosialSiyavuş Novruzov: "Guya ABŞ-da problem yoxdur?"
Siyasət